Avropa İttifaqının xarici işlər nazirləri Suriyaya tətbiq olunmuş iqtisadi sanksiyaların ləğv olunması barədə qərar qəbul ediblər. Bu barədə Estoniyanın baş naziri Kaja Kallas açıqlama verib.
KONKRET.az xəbər verir ki, Kallas bu qərarın humanitar məqsədlərlə və regionda sabitliyin təşviqi üçün atıldığını bildirib.
O qeyd edib ki, bu addım Suriya xalqının sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına və beynəlxalq əlaqələrin normallaşmasına xidmət etməlidir.
Qeyd edək ki, Aİ Suriyaya qarşı sanksiyaları 2011-ci ildən — ölkədə vətəndaş müharibəsi başladıqdan sonra tətbiq etmişdi.
Natiq Səlim,
KONKRET.az