Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaksiya şurasının üzvü seçildibackend

Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaksiya şurasının üzvü seçildi

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Novosibirsk Dövlət Texniki Universitetinin nəşri olan “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” (“Безопасность цифровых технологий”) adlı jurnalın redaksiya şurasının üzvü seçilib.

İnstitutdan KONKRET.az-a bildirilib ki, jurnal informasiya texnologiyaları, fizika, mexanika, materialşünaslıq, elektroenergetika, elektromexanika və elektrotexnologiya sahəsində fəaliyyət göstərən aparıcı alim və tədqiqatçıların elmi əsərlərini işıqlandırır. Nəşr doktorant və dissertantlar, mühəndislər, magistrlər, eləcə də fundamental tədqiqatların nəticələri ilə maraqlanan tələbələr üçün mühüm informasiya mənbəyidir. Jurnalda müxtəlif ölkələrin elmi tədqiqatçılarının məqalələri dərc olunur.

Qeyd edək ki, “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” jurnalı əvvəllər “Novosibirsk Dövlət Texniki Universitetinin elmi əsərlərinin toplusu” adı ilə nəşr olunurdu.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*