“BMT Təhlükəsizlik Şurasının Artsax məsələsi ilə bağlı iclası maraqlı şou idi və orada maraqlı tərəflər əvvəllər səsləndirdikləri mövqelərini təsdiqlədilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi strateq Vigen Akopyan bildirib.
Onun sözlərinə görə, “BMT tribunası geosiyasi və regional mərkəzlərin öz fikirlərini ifadə etdiyi əlavə məkana çevrilib. Bu müzakirə zamanı bir dənə də olsun gözlənilməz mövqe eşitmədim”.
Vigen Akopyan diplomatik işdən danışmağı və Ermənistan tərəfini kifayət qədər iş görmədiyinə görə tənqid etməyi lazımsız hesab edir. ”Bəzi dövlətlər Xankəndi-Ağdam yolunun istismarından danışır, əslində isə onu Laçın dəhlizi ilə eyniləşdirirdilər”, – deyən Akopyanın sözlərinə görə, artıq beynəlxalq müstəvidə də məğlubiyyət baş verdi. “BMT Təhlükəsizlik Şurasının müzakirəsi erməni tərəfi üçün uğursuz olub”. Artıq ermənilər etiraf edirlər ki, əsas yol Xankəndi-Ağdam istiqamətində olacaq.
O, hesab edir ki, “Ermənistan xarici işlər naziri Qarabağ ermənilərinin siyasi və hüquqi komponentini təqdim etmək əvəzinə yalnız humanitar məsələlərdən danışıb. Bu, təbii ki, təəccüblü deyil, çünki Ermənistan lideri Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyib”.
“Qarabağın öz müqəddəratını təyinetmə hüquqları artıq Ermənistan hakimiyyətinin gündəliyində deyil”, – deyə Akopyan qeyd edib.
Sevinc Paşayeva,
KONKRET.az
Erməniyə ruh, ümid verən əsas düşmənimiz təcavüzkar Rusiyadır. İki gün öncə BMT TŞ-da Ermənistanın müracəti əsasında Qarabağ problemi, yəni Laçın dəhlizinin aşılmasının mümkünlüyü müzakirəyə çıxarıldı. Orada Rusiyalı nümayəndə Azərbaycanın bu dəfə də üstünlük qazandığından istifadə edərək əsasən balanslı çıxış etməsini, bizim mətubat (yeqin belə gösteriş olub, ya da 5 ci kslon Azərbaycanda söz sahibidir) bunu Rusiyanın guya erməniləri cəzalandırdıığını və s kimi absurd yazılar dərc etdilər. Həmin taxtabaşlara sözüm odurki Rusiya o çıxışdan iki gün öncə separatçı terrorçulara Azərbaycanla mövqelətinə silah-sursat , yanacaq və s daşımaları Azərbaycan tərəfindən qeydə alındı. Rusiya Azərbaycana qarşı Qarabağda kifayət qədər açıq düşmənçilik edir, sadəcə siz taxtabaşlar bunu görmək istəmirsiz! Rusiya BMT TŞ-da birtərəfli ermənipərəst mövqe tutardısa, BMT TŞ və Azərbaycanın tərəfdaş dost ölkələri tərəfindən qıananardı və Rusiyanın 2025-ci ilədək Qarabağı tərk etməsi müzakirəyə çıxarılmasını labüd edərdi. Yəni 5-ci kalon, taxtabaşlar siz dəvəquşu kimi başınızı quma soxmusunuz , amma dalınınız çöldə olduğundan xəbəriniz belə yoxdur! KİŞİ OLUN, VƏTƏNİ DÜŞMƏNI SATMAYIN!