Akopyan erməniləri dəvəquşuna bənzətdibackend

Akopyan erməniləri dəvəquşuna bənzətdi

“Ermənilər arasında dərin ümidsizlik və laqeydlik hökm sürür”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi texnoloq Vigen Akopyan deyib.

Onun sözlərinə görə, “Erməni xalqı reallıqdan uzaqlaşmağa çalışır. Bu həm də psixoloji problemlə bağlıdır. Eləcə də hökm sürən apatiya klinik depressiyanın əlamətlərindən biridir. Cəmiyyət dərin depressiyaya düşəndə ​​müdafiə reaksiyası yaranır. Bu reaksiyalardan biri də insanların özlərini reallıqdan təcrid etməyə çalışdıqları dəvəquşu mövqeyidir”.

Ekspertin fikrincə, belə bir şəraitdə insanlar neqativ məlumatlardan qorunaraq gündəlik işlərlə məşğul olmağa üstünlük verirlər və bu vəziyyət ölkənin təhlükəsizlik problemlərindən qaynaqlanır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*