Akopyan: “Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşası ziyanımıza işlədi”backend

Akopyan: “Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşası ziyanımıza işlədi”

“Ermənistan hakimiyyəti Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşasından başqa heç bir addım atmadı, indi beynəlxalq ictimaiyyətdə suallar yaranıb: əgər söhbət ac qalmaqdan, ölməkdən gedirsə, o zaman hər iki tərəfdən humanitar yük Xankəndiyə keçə bilər. Bu mənada Azərbaycan uğur qazanır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Qarabağ ermənisi Metakse Akopyan bildirib.

O jurnalistə verdiyi müsahibəsində daha sonra vurğulayıb: “Biz bu vəziyyətə düşməməli idik. Daha itirəcək heç nəyimiz yoxdur. Biz 9 aydır görürük ki, hər yeni gün əvvəlkindən daha pis və ümidsizdir. Mahiyyət etibarı ilə təzyiqlər artır. Çünki hər iki tərəf, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Ancaq Ermənistan üçün açıq-aşkar təhlükələr var”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*