Aktauda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilibbackend

Aktauda 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələr zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Ayxan Süleymanlı bildirib ki, bu hadisələr Azərbaycanın müstəqillik yolunda ən mühüm mərhələlərdən biri hesab olunur.

Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, ictimai xadimlər və diplomatlar çıxış edərək, həmin dövrün hadisələrinin milli birliyin və ölkənin müstəqilliyinin güclənməsi baxımından tarixi əhəmiyyətini vurğulayıblar.

Turkiyenin baş konsulu Sabri Alptekin, professor, Yusif Quliyev, “Dostluq” Etno-Mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov bu faciəli tarixdən çıxarılan dərsləri, habelə “Qara Yanvar”ın gələcək nəsillər üçün xatirə olaraq saxlanılmasının vacibliyini müzakirə ediblər.

Tədbirdə Azərbaycan və Qazaxıstan arasında möhkəm mədəni və tarixi əlaqələrin, iki qardaş xalq arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əsas olduğu bir daha vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*