“Al Market” növbəti dəfə karantin rejimini pozdubackend

"Al Market" növbəti dəfə karantin rejimini pozdu

Bakıda tanınmış şirkətə yenidən cərimə protokolu yazılıb.

KONKRET.az xəbər verir ki, “Al Market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Cavadzadənin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Daha əvvəl “Al Market”ə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddələri ilə bir neçə dəfə cərimə protokolu yazılıb. /Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*