Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcəkbackend

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin dəfn olunacağı yer açıqlanıb.

KONKRET.az xəbər verir ki, o, Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Bazar günü saat 12-də Müqəddəs “Jen Mironosits” kilsəsində mərhumla vida mərasimi keçiriləcək.

Xatırladaq ki, TASS-ın məlumatına görə, A. İşein ötən gün COVID-19-dan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*