Aleksandr Vuçiç: “Mən rus agenti deyiləm!”backend

Aleksandr Vuçiç: "Mən rus agenti deyiləm!" 

“Serbiyada bir daha heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq” .

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç dövlət çevrilişi nəticəsində Slobodan Miloseviçin devrildiyi 5 oktyabr 2000-ci il hadisələrinin təkrarlanma ehtimalını qiymətləndirərkən deyib.

“Müxalifət neçə dəfə xalqı aldadacaq ki, problemləri küçədə həll edəcəklər, çünki onların siyasəti və proqramı yoxdur? Ancaq indi onlara deyirəm: uğur qazana bilməyəcəksiniz. Serbiyada bir daha heç vaxt 5 oktyabr olmayacaq”, – Vuçiç bildirib.

O əlavə edib ki, müxalif qeyri-kommersiya təşkilatlarını və medianı dəstəkləyən milyardlarla avro ölkəyə axır. Buna baxmayaraq, o, Serbiyanı hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almağa qadir olan kifayət qədər yetkin dövlət hesab edir. Eyni zamanda Vuçiç onun dövlət başçısı kimi Rusiyanın maraqlarından çıxış etməsi fikrini də təkzib edib.

“Mən nə Rusiyanın, nə də başqa ölkənin agenti deyiləm. Və başqalarından fərqli olaraq, Serbiya Prezidenti kənardan heç kim tərəfindən maliyyələşdirilmir. Büdcəm nisbətən kiçikdir”, – deyə siyasətçi etiraf edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*