“İrəvanın Azərbaycan ərazisində yaratdığı saxta rejimin özünü ləğvi Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə həyata keçirilib”.
KONKRET.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytı yazıb. Paşinyan bununla hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çalışıb. Mənbə bildiir ki, rəsmi Bakı öz tələblərini separatçılara çatdıranda “prezident” Samvel Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan vasitəsilə Nikol Paşinyanla əlaqə saxlayıb. Söhbət zamanı baş nazir Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə çağırıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının professoru, siyasi elmlər doktoru Aleksey Fenenko “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində bildirib ki, separatçı layihənin ləğvinə görə məsuliyyət Paşinyanın üzərinə düşür. Burada nə Rusiyanı, nə KTMT-ni, nə də Qərbi günahlandırmaq olmaz. Bu isə ona qarşı böyük narazılıq doğurur.
Paşinyan üçün indi Ermənistanda həddən artıq arzuolunmaz qüvvələr mövcuddur. Bunların əksəriyyəti Qarabağ klanının qalıqlarıdır. Onlar Azərbaycan torpaqlarından çıxdıqlarına görə qəzəblidirlər və Paşinyanı onlara kömək etməməkdə ittiham edirlər. Digər tərəfdən, Qarabağdan gələn qaçqınlara yardım etmək üçün hakimiyyətin kifayət qədər vəsaiti yoxdur.
Üçüncü tərəfdən, qaçqınlarla hər gün təmasda olmaq məcburiyyətində qalan insanlar var. Dördüncü, Paşinyan millətçilərə sübut etməlidir ki, separatçılara heç bir əmr verməyib”.
Ekspert qeyd edib ki, Ermənistanda sentyabrın 20-dən sonra kütləvi iğtişaşlara rəhbərlik edəcək heç kim olmayıb: “Artıq Ermənistan cəmiyyətində müqavimətə rəhbərlik edəcək güc yoxdur. Bu illər ərzində sovet nəsli fəallığını itirib. Hakimiyyətə yeni insanlar gəlib, onların da çoxu utopikdirlər”, – deyə politoloq bildirib.
Vəli Həsənov
KONKRET.az