Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
KONKRET.az xəbər verir ki, Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatına görə, ümumilikdə 70299 abituriyent ixtisas seçimi edib.
Ən çox ixtisas seçimi edənlər I qrupdadır – 20056 nəfər.
Daha sonra III qrupun abituriyentləri gəlir – 18107 nəfər.
II qrupda 15130 nəfər, IV qrupda 5348 nəfər, V qrupda 8194 nəfər ixtisas seçimi edib.
Xatırladaq ki, bu il I qrup üzrə plan yeri 18386-dir.
II qrup üzrə plan yeri 13285, III qrup üzrə plan yeri 16067, IV qrup üzrə plan yeri 4100-dir.
5 ci qurup üzrə plan yeri bəs nə qədərdir
Cavablar nə vaxt çıxacaq?
Sentyabrın 1 dək
Sabah 18:00
İxtisas seçimi prosedurası KÖKÜNDƏN DƏYİŞMƏLİDİR.
1. DİM yalnız imtahanları təçkil edib nəticələri UNİVERSİTETLƏRƏ VERMƏLİDİR.
2. UNİVERSİTETLƏR VƏ ABİTURİYENTLƏR ARASINDA ƏLAQƏ SİSTEMİ QURULMALIDIR
3. SAVADLI TƏLƏBƏLƏR UĞRUNDA UNİVERSİTETLƏR ARASINDA RƏQABƏT MÜHİTİ VƏ ƏLAQƏ SİSTEMİ QURULMALIDIR
4. DİM -in “makler” funksiyası (abituriyent və universitet arasında əlaqə yaradan) ləğv olunmalıdır
5.. UNİVERSİTET ÖZ KEÇİD (KONKURSDA İŞTİRAK) BALINI ÖZÜ MÜƏYYƏN ETMƏLİDİR
6.DİM-İN TEST MƏSƏLƏLƏRİ TAM MƏKTƏB PROQRAMINA UYĞUN OLMALI VƏ ELM VƏ TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN TƏSDİQ EDİLMƏLİDİR
7.İNGİLİS DİLİ ÜZRƏ İMTAHAN KONSEPSİYASI KEMBRİC STANTANDARTLARINA UYĞUN QURULMALIDIR
YOXSA 5-10 İLDƏN SONRA ELM-TƏHSİL SİSTEMİ VƏ MÜƏSSİSƏLƏRİMİZ TAM İFLAS EDƏCƏK!!!
HÖRMƏTLƏ,
CAHİL