Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.
Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.
Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.