Alimentlə bağlı VACİB XƏBƏR: Bu halda cinayət məsuliyyətinə cəlb edilməyəcəksinizbackend

Alimentlə bağlı VACİB XƏBƏR: Bu halda cinayət məsuliyyətinə cəlb edilməyəcəksiniz

Son illər boşanma hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Boşanma prosesindən sonra ən çox müzakirə edilən məsələlərdən biri də alimentlə bağlıdır. Alimentin ödənilməsi ilə bağlı anlaşılmazlıqlar bəzən sadəcə mübahisə ilə kifayətlənsə də, bir çox hallarda hüquqi çəkişmələrə və hətta cinayət işlərinə gətirib çıxır.

Bəzi hallarda isə şəxsin aliment ödəmək imkanı olmur. İşsiz qalması, səhhətindəki problemlər və ya digər sosial-maddi çətinliklər bu öhdəliyin yerinə yetirilməsinə maneə yaradır. Belə vəziyyətdə insanlar nə etməli olduqlarını bilmirlər. Çarəsiz qalan şəxslər bəzən məhkəmədən xəbərdarlıq məktubu alır, qarşı tərəf isə cavab olaraq uşağın digər valideynlə görüşünə imkan vermir.

Maraqlıdır, alimenti ödəyə bilməyən şəxslər nə etməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Şamil Paşayevin sözlərinə görə ümumiyyətlə, alimentin miqdarı aşağıdakı qaydada müəyyən olunur:

Postpandemiya dövründə yeni hüquq münasibətləri və baxış - HÜQUQİ ŞƏRH

“1 uşaq üçün maaşın üçdəbiri, 2 uşağa dörddəbiri , beş və daha artıq uşağa isə maaşın yarısı qədər aliment nəzərdə tutulur.

Əgər aliment ödəməli olan şəxs işləmirsə, bu halda məhkəmə onun üçün sabit pul məbləğində aliment müəyyən edir. Məhkəmə qərarı icraya yönləndirildikdən sonra icra məmuru həmin şəxsin alimenti ödəməsi üçün tədbir görür”.

Vəkil qeyd edib ki, şəxsin əməkhaqqı və digər gəlirləri olmasa belə, mülkiyyətində əmlakı varsa, bu halda aliment məbləği həmin əmlaka yönəldilir.

“Burada əsas məsələ odur ki, ödəməməyin səbəbi qərəz olmasın. Əgər şəxs müəyyən qədər gəlir əldə edir və onun bir hissəsini aliment ödənişi üçün ayırırsa, bu, məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilə bilməz. Məsələn, şəxsə 300 və ya 500 manat aliment təyin edilib, lakin onun bu məbləği ödəməyə imkanı çatmır. Əvəzində isə imkanları çərçivəsində 100 manat və ya digər məbləğdə aliment verir. Bu, artıq icradan yayınma hesab olunmur. Belə halda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə və istintaq orqanı müəyyən etsə ki, şəxs məhkəmə qərarının icrasından qəsdən yayınır, bu zaman inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcək”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*