Alimlər koronavirusun mənşəyini müəyyən etdi – SAĞLAMLIQbackend

Alimlər koronavirusun mənşəyini müəyyən etdi - SAĞLAMLIQ

Böyük Britaniyanın Kembric Universiteti və Pirbrayt İnstitutunun alimləri SARS-CoV-2 virusunu insanlar üçün patogen edən əsas dəyişiklikləri müəyyənləşdiriblər.

KONKRET.az xəbər verir ki, araşdırmalar “PLOS Biology” jurnalında dərc edilib.

Məlum olub ki, virusun yarasalardan insanlara keçməsinə imkan verən genetik uyğunlaşmalar 2003-cü ildə SARS epidemiyasına səbəb olanlara bənzəyir.

Alimlərin fikrincə, bu, virus ailəsinin mutasiyaya uğrayaraq heyvanlardan insana keçməsinin ümumi mexanizminin mövcudluğundan xəbər verir.

Mütəxəssislər SARS-CoV-2-ni ona 96 faiz bənzəyən RaTG13 virusu ilə müqayisə ediblər. Onlar virusun insan hüceyrə reseptorları ACE2 ilə bağlanmasından məsul olan S zülalının (sünbül zülalı) bölgələrini dəyişdiriblər.

Alimlərin fikrincə, tədqiqatın nəticələri SARS-CoV-2-nin S zülalındakı dəyişikliklərin tarixən meydana gəldiyini və virusun növ səddini keçməsində əsas rol oynadığını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*