Şoumen Vladislav Qalkinin yaydığı görüntülərdən məlum olur ki, müğənni Alla Puqaçova Rusiyadan Latviyaya yollanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Siquldada (Latviyada şəhər – red.) necə də günəşli bazar günü var”, – Qalkin paylaşımında qeyd edib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İsrailə köçən Alla Puqaçovanın HƏMAS-ın hücumundan sonra övladları ilə birgə Kiprə getdiyi bildirilmişdi. Noyabrın 2-də isə Alla Puqaçovanın Moskvaya qayıtdığı barədə məlumat yayılmışdı.