Alla Puqaçova özünə yaşamağa yer tapa bilmirbackend

Alla Puqaçova özünə yaşamağa yer tapa bilmir

Tanınmış müğənni Alla Puqaçova Yeni il tətilindən sonra ailəsi ilə birlikdə Londona köçməyi planlaşdırır.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, sənətçi hazırda Kiprdə yaşayır, lakin dostlarının dediyinə görə, yerli iqlim onun səhhətinə mənfi təsir göstərir. Müğənni ürək problemlərindən şikayətlənir.

Mənbənin sözlərinə görə, səhhətindəki problem bu addımın səbəblərindən biri olub. Bundan başqa, Puqaçova övladlarının Böyük Britaniyanın paytaxtında təhsil almasını istəyir.

“Onların ailəsi üçün London yad şəhər deyil. Kristina Orbakaytenin kiçik oğlu Denis Baysarov orada oxuyub və uzun illər orada yaşayır”, – Puqaçovanın yaxın dostu deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*