Rus estradasının əfsanəsi Alla Puqaçova Rusiyaya qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Puqaçova bu gün axşam saatlarında Pskov rayonun sərhəd-keçid məntəqəsində görüntülənib. Müğənninin həyat yoldaşı Maksim Qalkinsiz qayıtdığı bildirilir.
Qeyd edək ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü. İsraillə Qəzza zolağı arasında münaqişənin kəskinləşməsindən sonra müğənni Kiprə getmişdi.
Burhan,
KONKRET.az