Rusiyanın Baş Prokurorluğu tanınmış müğənni Alla Puqaçovanın “xarici agent” kimi tanınmasını Ədliyyə Nazirliyindən xahiş edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə federal layihəsinin rəhbəri Vitali Borodin “Teleqram” kanalında yazıb.
“Rusiya Federasiyası Baş Prokurorluğundan müraciətimə cavab almışam. Alla Puqaçovanın xarici agent kimi tanınması proseduru başlayıb, prokurorluq Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir. Ümid edirəm ki, tənzimləyici orqanlar bu məsələyə son qoyacaqlar”
Xatirə SADİQ,
KONKRET.az