Alla Puqaçovanın əri dəhşətli qəza TÖRƏTDİ – VİDEObackend

Alla Puqaçovanın əri dəhşətli qəza TÖRƏTDİ - VİDEO

Məşhur müğənni Alla Puqaçovanın əri Maksim Qalkin dəhşətli qəza törədib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib. Bildirilir ki, fevralın 1-i, gecə Maksim Qalkin dəhşətli qəza törədərək qarşıdan gələn zolağa çıxıb.

Onun sərxoş halda qırmızı işıqda keçdiyi bildirilir.

O, hadisə yerindən qaçmağa çalışsa da, avtomobil işə düşməyib.

Maksim Qalkin çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Onu 3 illik sürücülük hüququndan məhrumetmə, yüksək məbləğdə cərimə və qarşı tərəfə kompensasiya gözləyir ki, bu da İsrail vətəndaşlığının ləğvinə və deportasiyaya səbəb olacaq.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*