Ermənistan prezidenti Vaaqn Xaçatryan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
KONKRET.az Qlobalinfo.az-a istinadən xəbər verir ki, görüş Berlin şəhərində baş tutub.
Tərəflər Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə ediblər.
Almaniya prezidenti İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vacibliyini qeyd edib və bunu münasibətlərin normallaşdırılması üçün əhəmiyyətli addım adlandırıb.