Alman siyasətçi küçənin ortasında bıçaqlandıbackend

Alman siyasətçi küçənin ortasında bıçaqlandı

İfrat sağçı siyasətçi Mixael Stürzenberger Almaniyada bıçaqlı hücum nəticəsində yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisədə bir polis məmuru da yaralanıb. Polis hücumçunu vurmağı bacarıb.

2013-2016-cı illər arasında Almaniya Azadlıq Partiyasının (AfD) lideri olan Stürzenberger və Bürgerbewegung Pax Europa (BPE) hərəkatının bəzi şəxsləri bu gün Mannhaym şəhərində etiraz aksiyası təşkil ediblər. Aksiya zamanı bıçaqlı hücumçu Ştürzenberqerə və BPE hərəkatının bəzi üzvlərinə hücum edib.

Sosial mediada yayılan görüntülərdə təcavüzkarın polis məmurunun boynuna bıçaq zərbəsi endirərkən vurulduğu görülüb.

Mannhaym polisi hadisə ilə bağlı açıqlamasında belə deyib: “Bu gün saat 11.35 radələrində bazar meydanında çoxlu insan hücuma məruz qalıb. Xəsarətlərin miqyası və şiddəti barədə hələlik məlumat yoxdur. Daha sonra hücumçuya qarşı odlu silahdan istifadə edilib. Nəticədə hücum edən şəxs də yaralanıb. Hadisə yerinə xilasetmə və fövqəladə hallar xidmətlərindən əlavə, xilasedici helikopter də cəlb edilib. İctimaiyyət üçün heç bir təhlükə yoxdur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*