Almaniya Gürcüstana maliyyə yardımını dayandırıbbackend

Almaniya Gürcüstana maliyyə yardımını dayandırıb

Almaniya “ ölkənin Avropa İttifaqına inteqrasiya yolundan çıxması və etirazların yatırılmasına”  cavab olaraq Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb  .

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer özünün “X” sosial hesabında məlumat paylaşıb:

“Təəssüf ki, Almaniya Gürcüstana 237 milyon avro dəyərində layihələri dayandırıb. Bu,  Gürcüstanın Aİ yolundan çıxmasına etirazdır”.

Diplomatın sözlərinə görə, Almaniya ölkə üçün yaşıl hidrogen, enerji şəbəkəsi və kurort şəhəri Batumidə su təchizatı infrastrukturunun maliyyələşdirilməsini dayandırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*