“Nə qədər ki, bu müharibə davam edəcək, biz Ukraynanı dəstəkləyəcəyik”,
KONKRET.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib. O vurğulayıb ki, ölkəsi sona qədər buna hazırdır: “Heç kim müharibənin nə qədər davam edəcəyini deyə bilməz. Amma ukraynalılar bizim dəstəyimizə arxayın ola bilərlər”.
Qeyd edək ki, Şoltsun bu açıqlamasını Almaniyanın Welt am Sonntag nəşri yayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az