Almaniya kansleri Rusiya qazına alternativ axtarmaq üçün Kanadaya getdibackend

Almaniya kansleri Rusiya qazına alternativ axtarmaq üçün Kanadaya getdi

Almaniya kansleri Olaf Şolz və iqtisadiyyat naziri Robert Habek Kanadanın Monreal şəhərinə üç günlük səfərə gedib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı alman siyasətçiləri hidrogen enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı və qaz tədarükü ilə bağlı müzakirələr aparmağı planlaşdırırlar.

Şolz Almaniyanın Kanada ilə enerji əməkdaşlığını gücləndirməkdə maraqlı olmasını Rusiyanın enerji ixracatçısı kimi cəlbedici olmaması ilə izah edib.

O bildirib ki, Kanada Rusiya qədər təbii sərvətlərlə zəngindir. Almaniya bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək və sıx əməkdaşlıq etmək niyyətindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*