Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya hərbi briqadasının Litvada daimi yerləşdirilməsi ilə bağlı razılaşmanı “tarixi an” adlandırıb və əlavə edib ki, Almaniya ilk dəfədir öz sərhədlərindən kənarda daimi olaraq qoşun yerləşdirir.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Pistorius briqadanın yaradılması üçün yol xəritəsini imzaladıqdan sonra litvalı həmkarı Arvydas Anusauskas ilə keçirdiyi mətbuat konfransında bildirib ki, almaniyalı əsgərlər NATO ərazisini müdafiə etməyə hazırdırlar.
Pistorius daha sonra əlavə edib ki, hədəf Litva ərazisində 4800 əsgər və 200-ə yaxın mülki şəxsi daimi yerləşdirməkdir.
Vəli Həsənov,
KONKRET.az