Bunu Almaniyanın yeni kansleri Fridrix Merts Bundestaqda keçirilən inauqurasiya nitqində bəyan edib. Onun sözlərinə görə, Almaniyanın dostları və tərəfdaşları da bu addımı gözləyir və hətta bunu tələb edirlər.
KONKRET.az xəbər verir ki, Merts vurğulayıb ki, hakim koalisiya Bundesverin gücləndirilməsi üçün bütün maliyyə vəsaitlərini təmin edəcək. Ordunun şəxsi heyətini artırmaq məqsədilə yeni və cəlbedici könüllü hərbi xidmət modeli tətbiq olunacaq.
Bloomberg-in mənbələrinə əsasən, bu il və növbəti illərdə Almaniyanın illik müdafiə büdcəsi 60 milyard avrodan (67,4 milyard dollar) çox olacaq.
Natiq Səlim,
KONKRET.az