“Almaniya kansleri Olaf Şolz çətin ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı yeni istəyi ilə razılaşsın”.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Nəşrin Türkiyə mənbələrinə istinadən məlumatına görə, Ərdoğan cümə günü Berlində keçiriləcək görüşdə Scholzdan hava qüvvələrini yeniləmək üçün lazm olan döyüş təyyarələrinin satışına qoyulan blokun qaldırılmasını xahiş edəcək.
Bloomberg Almaniya rəsmilərinə istinadən xəbər verir ki, Türkiyənin Rusiya hava hücumundan müdafiə sistemlərini alması, İraqda PKK-ya qarşı əməliyyatlar və İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etməsi səbəbindən kanslerin razılaşacağı gözlənilmir.
Burhan,
KONKRET.az