Almaniya Ukraynaya əlavə Patriot sistemi göndərəcək – Bloombergbackend

Almaniya Ukraynaya əlavə Patriot sistemi göndərəcək - Bloomberg

Almaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını təxminən 1 milyard avro dəyərində vəd edilmiş avadanlıq paketi əlavə Patriot sistemi ilə artırmağa çalışacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.

“Olaf Şolç hökuməti bu ay vəd edilmiş daha iki IRIS-T hava hücumundan müdafiə sistemi və idarə olunan raketləri tədarük edəcək. Paketə əlavə 10 Leopard A1 döyüş tankı, daha üç Gepard özüyeriyən zenit silahı və yaxın həftələrdə 155 mm-lik döyüş sursatlarının çatdırılması daxildir”, – Almaniya Müdafiə Nazirliyi bildirib.

“Yeni “qış paketi” ilə biz Ukrayna silahlı qüvvələrinin əməliyyat hazırlığını daha da gücləndiririk”, – deyə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*