Almaniyada fövqəladə vəziyyət ELAN EDİLDİbackend

Almaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Enerji böhranı fonunda Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində fövqəladə vəziyyət elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın WDR telekanalı məlumat yayıb.

Bildirilib ki, iqtisadi problemləri həll etmək üçün regional hökumət 5 milyard avro məbləğində borc öhdəlikləri götürməyi planlaşdırır.

Məlumata görə, Şimali Reyn-Vestfaliya enerji daşıyıcılarının qiymətlərinin qalxmasından xüsusilə təsirlənir, çünki Reyn və Ruhr çaylarında çoxlu enerji tutumlu sənaye müəssisələri yerləşir.

Qeyd edək ki, Avropada enerji böhranı Rusiyadan tədarükün azalması səbəbindən yaranıb. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, noyabrda ölkədə inflyasiya rekord həddə – 10%-ə çata bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*