Almaniyada meyiti tapılan Kənan Lənkəranda dəfn edildi – Fotobackend

Almaniyada meyiti tapılan Kənan Lənkəranda dəfn edildi - Foto

Almaniyanda vəfat edən azərbaycanlı tələbə Kənan Səfərovun nəşi bu gün Azərbaycana gətirilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, doğulduğu Lənkəran rayonunun Digah kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, Kənan Camal oğlu Səfərovun meyiti iyulun 5-də Almaniyanın Münhen şəhərində tapılıb. Yaxınlarının sözlərinə görə, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.

Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*