Almaniyada NATO-nun hava bazası bağlandıbackend

Almaniyada NATO-nun hava bazası bağlandı

Almaniyada iki hərbi obyektdə zəhərli su ilə təxribat törədildiyi ehtimal edilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Kölndə Almaniya hökumətini təyyarə və ekipajlarla təmin edən aviasiya dəstəsinə qarşı təxribat araşdırılır. Köln şəhərinin cənub-şərqində yerləşən Almaniya Hərbi Hava Qüvvələrinin kazarmalarını əhatə edən hasarda dəlik aşkar edilib və su təchizatında problemlər aşkarlanıb. Kazarmalar möhürlənib, əsgərlərə krandan su içmək qadağan edilib, heç kəs obyektə buraxılmır.

Bu kazarmada 1200 mülki şəxs və 4300 hərbçi çalışır.

Həmçinin alyansın kəşfiyyat təyyarələrinin yerləşdiyi Geilenkirchendəki NATO hava bazasında da oxşar hadisə baş verib. Orada içməli su çirklənib. Hərbçilərin öz su təchizatı olduğundan yerli sakinlərə zərər dəyməyib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*