Almaniyadan Əfqanıstana 600 milyon avroluq YARDIMbackend

Almaniyadan Əfqanıstana 600 milyon avroluq YARDIM

Almaniya Əfqanıstana humanitar yardım üçün 600 milyon avro ayıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel G20 liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı məlumat verib.

O bildirib ki, Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq lazımdır.

Kansler qeyd edib ki, Əfqanıstanda təhlükə altındakı müxtəlif ölkələrdən olan insanların təxliyəsi üçün hava limanı əlçatan olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*