Almaniyadan MÜHÜM QƏRAR: Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri veriləcəkbackend

Almaniyadan MÜHÜM QƏRAR: Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri veriləcək

Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya hökuməti Ukraynanı müasir IRIS-T SLM hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında deyilir.

“Hökumət Almaniyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi olan IRIS-T sistemlərini tədarük etmək qərarına gəldi”, – deyə kansler vurğulayıb.

Bild-in daha əvvəl xəbər verdiyi kimi, Ukrayna 10 IRIS-T SLM sistemi almaqda maraqlıdır. “IRIS-T SLM” sistemi döyüş təyyarələrini, helikopterləri, qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, reaktiv artilleriya və bombaları məhv etmək imkanına malikdir. Onlar 2005-ci ildə Almaniya ilə xidmətə daxil olan təkmilləşdirilmiş IRIS-T hava-hava tipli raketlərə əsaslanır.

Artıq həmin sistemlərin döyüş şəraitində tətbiqini öyrənmək üçün ukraynalı hərbçilər tezliklə Almaniyaya göndərilə bilər. Yeri gəlmişkən, “Diel Defens” şirkətinin istehsal etdiyi ilk belə sistem artıq  Ukraynaya çatdırıla bilər. Qəzetin yazdığına görə, Kiyev on ədəd belə sistem almaqda maraqlıdır.

 

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*