“Qərb Ukraynanın parçalanması və bufer dövlətə çevrilməsi vəziyyətindən razıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin “Media Günlüyü” nəşrinin köşə yazarı Alper Eliçin yazıb.
Jurnalistin sözlərinə görə, ABŞ və Avropa İttifaqı hesab edir ki, sanksiyalar Rusiya ordusunun ən azı 5 il ərzində əvvəlki qüdrətini bərpa etməyəcəyinə və əvvəlki hərbi və iqtisadi potensialına çata bilməyəcəyinə zəmin yaradıb.
“Qərb üçün Ukraynanın parçalanması və bufer dövlət kimi mövcud olması kifayətdir”, – deyə Eliçin vurğulayıb.
Köşə yazarı əlavə edib ki, hazırda Qərblə Kiyevin strateji maraqları bir-birindən ayrılır, ukraynalılar əraziləri qaytarmağı gözlədiyi halda, ABŞ və Avropa Rusiyanı zəiflətməkdə öz xeyirlərini görür.
“Lakin belə planlar baş tutmadı”, – deyə jurnalist qeyd edib. Moskva sanksiyaları uğurla dəf edib və qarşıdurmanı davam etdirmək iqtidarındadır, Qərb ölkələrində isə münaqişəni maliyyələşdirmək istəyi azalır, çünki dövlətlər bu və ya digər dərəcədə bunun onlara baha-başa gəldiyini artıq hiss ediblər.
Natiq Səlim,
KONKRET.az