Rusiyanın Altay vilayətində baş verən faciə hər kəsi kədərləndirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə məktəbə tapança gətirib və 8-ci sinif şagirdini başından yaralayıb.
Belə ki, 10-cu sinif şagirdi əylənmək üçün pnevmatik tapançanı məktəbə gətirib və ağaclara atəş açmaq istəyib.
Lakin güllə 8-ci sinif şagirdinin başına dəyib.
Dərhal xəstəxanaya çatdırılan yaralının baş nahiyəsindən güllə çıxarılıb. 10-cu sinif şagirdinin odlu silahı haradan əldə etdiyi araşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az