“Altın Kelebek”dəki çıxışı ilə yadda qaldı – VİDEObackend

"Altın Kelebek"dəki çıxışı ilə yadda qaldı - VİDEO

“Klub” serialındakı performansı ilə tanınan Ada Erma “Altın Kelebek” mərasimində “Ən yaxşı uşaq aktyoru” mükafatını alıb. 

KONKRET.az xəbər verir ki, ovcunda dünya və uşaq rəsmi çəkən Erma mükafatlandırma mərasimindəki çıxışı ilə yadda qalıb.

“Əlimə çəkdiyim şəklini dünyada müharibə, şiddət yoxdur, heyvanlar azaddır, qadınlar güclüdür anlamını verir. Bu dünya yamyaşıldır, okeanlar mavidir. Uşaqlar yaşıl küçələrdə heyvanlarla sərbəst qaçır və əylənirlər.  Mən bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istərdim, amma… Bu dünyanı əlləri ilə çəkən bütün uşaqlarla dünyanın daha da gözəlləşəcəyinə ürəkdən inanıram”.

Onun bu çıxışı dəqiqələrcə alqışlanıb.

Sosial şəbəkələrin izləyiciləri də Adanın çıxışını təqdir ediblər. Onlar Adanın sözlərini gecənin ən gözəl və mənalı nitqi kimi dəyərləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*