“Region partlayıcı vəziyyətdədir, bölgədə bir çox mühüm proseslər baş verir ki, bu da Ermənistanla kifayət qədər bağlıdır. Çünki Zəngəzur dəhlizinin açılmasının tərəfdarı həm də Türkiyə ilə əməkdaşlıq edən Qərbdir. Azərbaycan nəyin bahasına olursa-olsun bu dəhlizi açmağa və Rusiya Federasiyasına problemlər yaratmağa çalışır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq, Ukrayna Dövlət Universitetinin müəllimi Qaqik Ambaryan bildirib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn qeyd edib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir.
Qaqik Hambaryanın sözlərinə görə, Nikol Paşinyan 2018-ci ildə bu qlobal oyunu inkişaf etdirmək üçün hakimiyyətə gətirilib. “Brüssel və Vaşinqtonun təmsil etdiyi qlobal oyunun əsas aktorları həm Ermənistanın, həm də erməni xalqının maraqlarına xor baxıblar. Onlar yalnız öz maraqlarını rəhbər tuturlar. Bu baxımdan Türkiyənin maraqları ilə Qərbin maraqları üst-üstə düşür. Cəmiyyətimiz anlamır ki, indi Ermənistanda yaşayan ermənilərin problemi getdikcə artır, xalqımızın başının üstünü qara buludlar alıb”.
Natiq Səlim,
KONKRET.az