Amerika ermənilərindən Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBATbackend

Amerika ermənilərindən Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Amerika ermənilərindən Azərbaycana qarşı növbəti təxribat hazırlanır. Amerika Erməniləri Milli Komitəsi (Ay Dat) ABŞ Konqresini Qarabağdakı qondarma quruma 50 milyon dollar məbləğində yardım etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası komitənin hesabatına istinadən məlumat yayıb. Ay Dat Komitəsi ABŞ qanunvericilərini müzakirə olunan ilin sonundakı xərclər paketinə Qarabağa 50 milyon dollar yardım daxil etməyi təklif edib.

Komitəsinin sədri Raffi Ambaryan Senatın Xarici Əlaqələr Komissiyasının sədri Bob Menendesə təşəkkür məktubu ünvanlayıb.

Qeyd edək ki, Bob Menendez Vaşinqtonun Azərbaycana hərbi dəstəyini və Qarabağ ermənilərinə köməkdən imtina etməsini tamamilə qəbuledilməz adlandırıb.

Göründüyü kimi, ermənilər hələ də həyasızcasına Qarabağı özlərininki hesab edir və separatçılara yardım tələb edirlər. İlin sonunadək göndəriləcək 50 milyon dollar yəqin separatçıların yenidən silahlanması və təxribatlar törədilməsi üçün xərclənəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*