Ağ Ev ABŞ prezidenti Co Baydenin COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, seçki ərəfəsində Co Baydenin səhhəti ilə bağlı narahatedici xəbərlər yayılıb. Ağ Evin sözçüsü Karine Jean-Pierre məsələ ilə bağlı yazılı açıqlama verib. O bildirib ki, yenidən prezidentliyə namizəd olan Baydenin Las Veqasdakı tədbirdən sonra sınaqdan keçirildiyi və COVID-19 olduğu təsdiqlənib.
Qeyd edək ki, Bayden COVID-19-a qarşı peyvənd olunubmuş. Buna baxmayaraq, Bayden Delaverdə vəzifəsini davam etdirəcək.
Açıqlamada Baydenin həkim qeydi də yer alıb. Qeyddə göstərilir ki, dövlət başçısının yuxarı tənəffüs yollarında infeksiya əlamətləri aşkar edilib, lakin nəbzi və tempraturu normaldır.
Rəsmiyyə Şərifova,
KONKRET.az