Amerikalı milyarder TƏƏSSÜFLƏNDİ: “Çox irəli getmişəm”backend

Amerikalı milyarder TƏƏSSÜFLƏNDİ: "Çox irəli getmişəm"

ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Ağ Evdəki vəzifəsindən ayrılan və vergilərin azaldılması ilə bağlı qanun layihəsini sərt tənqid edən iş adamı Elon Maskın açıqlamalarına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, milyarder Elon Mask isə Trampı tənqid etdiyinə görə təəssüfünü gizlətməyib.

Sosial media hesabında paylaşım edən Mask bildirib: “Keçən həftə ABŞ Prezidenti Donald Tramp haqqında etdiyim bəzi paylaşımlara görə təəssüflənirəm. Həddindən artıq irəli getmişəm.”

Tramp və Mask arasında münasibətlər son dövrlərdə xüsusilə vergi siyasəti və texnologiya sahəsindəki tənqidlər fonunda gərginləşmişdi.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*