Amerikalı professor Ukraynanın məğlubiyyətinin vaxtını açıqladıbackend

Amerikalı professor Ukraynanın məğlubiyyətinin vaxtını açıqladı

“Ukraynanın məğlubiyyəti həftə və ya ay məsələsidir”.

KONKRET.az xəbər verir ki, bunu Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

O bildirib ki, avropa Ukraynanı hərbiləşdirsə, iqtisadiyyatını daha da məhv edəcək.

“Avropa hərbi-sənaye kompleksinin dəstəyi ilə döyüşlər davam edərsə, Ukraynanın məğlubiyyəti illərin yox, həftələrin və ya ayların məsələsi olacaq. On həftə və ya on aydan daha az vaxt lazımdır. Ona görə də, Avropa ölkələri bunun əvəzinə sülh yolu ilə nizamlanmaya diqqət etməlidirlər”, – Saks vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*