ABŞ sakini bədəninin 99,98 faizini döymə (tatuirovka) ilə örtməklə Ginnesin Rekordlar Kitabına düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə UPI nəşri yazıb.
Həmin qadın Konnektikutdan olan 36 yaşlı Esperans Lumineska Fuerzinadır. Onun adı qadınlar arasında bədən döyməsi və bədən modifikasiyalarının sayına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.
Fuerzina bildirib ki, o, ilk döyməsini təxminən 15 il əvvəl, ilk modifikasiyasını – çəngəl dilini – 2014-cü ildə etdirib. Qadının bədəninin 99,98 faizi döymələrlə örtülməsinə baxmayaraq, Fuerzina dayanmağı planlaşdırmır.
Natiq Səlim,
KONKRET.az