Amerikalı səyyah Bakı səyahətindən hansı təəssüratla ayrılıb? – FOTObackend

Amerikalı səyyah Bakı səyahətindən hansı təəssüratla ayrılıb? - FOTO

Bakı son illər səyahətsevərlərin diqqətini daha çox çəkməyə başlayıb. Düzdür, qlobal böhran turizm sektorunda durğunluq yaradıb. Buna baxmayaraq, Azərbaycana, xüsusilə Bakıya üz tutan əcnəbi səyyah az deyil.

KONKRET.az xəbər verir ki, tanınmış səyahət blogeri Daq Barnard bu yay ölkəmizin paytaxtına gəlib. Amerikalı səyyah “YouTube” kanalında reportajını təqdim edib.

Barnard lap əvvəldə etiraf edib ki, Azərbaycan haqda çox şey bilmir. Ona respublikanın əvvəllər Sovet İttifaqının tərkibinə dax olması məlumdur. Barnard Azərbaycanın qonşularını tanıyır. Bizim türkiyəlilərlə yaxınlığımızı da bilir. Amerikalı videoda deyir ki, Bakıda xeyli insan rusca danışmağı bacarır.

Daq Barnard reportaja şəhərin mərkəzində, Fəvvarələr Meydanında başlayıb. Səyyah ilk imkandaca Azərbaycan mətbəxinin dadına baxmaq qərarına gəlib. Barnard yerli çörəyi çox bəyəndiyini deyir. Əyləşdiyi restoranda bu çörəyin “təndir” adlandığını öyrənir. Daqın dediyinə görə, bənzər çörəyi Hindistanda, Pakistanda da görmək mümkündür.

Barnard süfrə arxasında Portuqaliyadan, Pakistandan və Əlcəzairdən olan dostlarıyla əyləşir. Əcnəbi qonaqlar əvvəlcə səbzi plovun dadına baxır. Daq yeməyi çox bəyənir. Heyva kompotu onu xüsusi təəccübləndirir. Səyyah içkinin içindəki meyvənin nə olduğunu bilmədiyini deyir. Buna baxmayaraq, qonaq kompotdan çox razı qalır.

Barnard deyir ki, Türkiyədə istifadə etdiyi “çok teşekkür ederim” ifadəsini burada deyəndə səni anlayırlar, amma azərbaycanlılar daha çox “çox sağ olun”a üstünlük verir. Amerikalı çayın burada Türkiyədən fərqli içildiyini qeyd edir. Azərbaycanlılar qəndi stəkanın içinə yox, ağzına atır.

Bakıda həm qədim, həm də yeni tikilən binalar Daqın xoşuna gəlib. O, Dənizkənarı Milli Parkda gəzinti zamanı Xalça Muzeyini, “Dəniz Mall”u bəyəndiyini deyir. Barnard “Alov qüllələri”ndən danışmağı da unutmir.

Səyyah Xalça Muzeyinə baş çəkir. Burada gördüklərindən məmnun olduğunu göstərir. Xalçanın necə toxunması xüsusi diqqətini cəlb edir.

 

Daq Barnard, amerikalı səyyah Daq Barnard Bakıda

 

Barnard İçərişəhərdə gəzişir, Şirvanşahlar sarayına, Qız qalasına baş vurur. Səyyah deyir ki, qərblilər gəlib buraları görməlidir. Çünki amerikalı belə gözəl ölkə görəcəyini gözləmirmiş. Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*