“Amnistiya Aktı 15 450 nəfərə şamil edilib”.
KONKRET.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 8 626 nəfər cəzadan tam azad edilib: “6 490 nəfərin cəza müddəti isə azaldılıb”.