Amnistiya Aktı neçə nəfərə şamil olunub? – AÇIQLAMAbackend

Amnistiya Aktı neçə nəfərə şamil olunub? - AÇIQLAMA

Azərbaycanda 8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu Report-a Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib:

“Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*