Amsterdamdan Mexikoya uçan “KLM” aviaşirkətinin təyyarəsi qeyri-adi problem səbəbindən Bermud adalarına məcburi eniş edib.
KONKRET.az xəbər verir ki, təyyarədə 259 sərnişindən başqa 100 donuz da olub. Heyvanların kəskin qoxusu bütün təyyarəyə, o cümlədən pilot kabinəsinə qədər yayılıb. Təyyarənin kapitanı dispetçerlə əlaqə saxlayıb və təcili enişin zəruriliyini bildirib. O, təyyarədəki vəziyyətin fövqəladə olmadığını bildirib. Təyyarə hava limanına enəndən sonra sərnişinlər və ekipaj üzvləri adadakı otellərə yerləşdirilib. Donuzlar təyyarədən düşürdülüb, təyyarə təmizləndikdən 30 saat sonra sərnişinlər Meksikaya səfərlərini davam etdiriblər. Donuzlar baytarların nəzarəti altında adada qalıb. Təyyarənin salonunda qoxunun niyə yayıldığı bəlli deyil. Hadisənin konteynerin düzgün yerləşdirilməməsi ilə bağlı olduğu güman edilir. Bermud adalarında iki gün qaldıqdan sonra donuzlar başqa bir təyyarə ilə Meksikaya göndərilib.
Vəli Həsənoğlu,
KONKRET.az