Ana azyaşlı övladını dəmir parçası ilə vəhşicəsinə döyübmüşbackend

Ana azyaşlı övladını dəmir parçası ilə vəhşicəsinə döyübmüş

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, tibbi ekspertiza təyin edilib.

Ana sağlamlığı ilə əlaqədar ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Azyaşlı nənə və babasının himayəsinə verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb. Qusar rayon sakini, yeddi yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*