Analıq məzuniyyəti kredit öhdəliklərini dəyişə bilərmi? – MÜHÜM MƏQAMLARbackend

Analıq məzuniyyəti kredit öhdəliklərini dəyişə bilərmi? - MÜHÜM MƏQAMLAR

“Banklardan kredit götürən şəxslərlə bağlanmış müqavilələrdə bir çox şərtlər, o cümlədən fors-major hallar əvvəlcədən müəyyən edilir. Bu kimi hallarda borcalanla bank arasında razılaşma əsasında yeni ödəmə qrafikləri hazırlanaraq kredit öhdəlikləri yenidən tənzimlənə bilər. Amma bu istisna hallar yalnız tərəflərin razılığı ilə mümkündür və yekun qərarı bank verir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov səsləndirib.

İcra hakimiyyətləri ləğv edilməli, idarəetmə yenidən qurulmalı, hamının  fəaliyyəti ölçülməlidir" - MÜSAHİBƏ - FED.az

“Analıq məzuniyyəti fors-major hal kimi qiymətləndirilmir və bu səbəbdən kredit ödənişlərinə təsir edən əsaslardan hesab olunmur. Bu proses planlı xarakter daşıdığı üçün vətəndaşlar kredit götürməzdən əvvəl maliyyə vəziyyətlərini qiymətləndirməli və uzunmüddətli öhdəliklərini nəzərə almalıdırlar”.

Mütəxəssis qeyd edir ki, bəzi hallarda vətəndaşlar analıq məzuniyyətinə çıxdıqdan sonra banklara müraciət edərək ödənişlərin təxirə salınmasını və ya yeni qrafiklə tənzimlənməsini istəyirlər. Lakin bu, yalnız kredit verən bankın qərarı ilə və müvafiq razılaşma əsasında həyata keçirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*