“Anam məni tanımır” – VİDEObackend

“Anam məni tanımır” - VİDEO

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səhnədə “Annem Annem” mahnısını ifa edən zaman qəfildən göz yaşlarına boğulub.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, anası Faike Başkacirin alzheimer xəstəliyi ilə mübarizə apardığını bildirən Kırmızıgül, kədərini belə dilə gətirib:

“Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Anam alzheimer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki!”.

Anasının onu xatırlamadığını və bunun çox ağrılı olduğunu izah edən Kırmızıgül mahnısını yarımçıq kəsib. Tamaşaçılardan üzr istəyən müğənni daha sonra qaldığı yerdən davam etməyə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*