Anar Məmmədova çağırış edildi: “Namizədliyini geri çək!”backend

Anar Məmmədova çağırış edildi: "Namizədliyini geri çək!"

“Deputatlığa namizəd Anar Məmmədovu Tərtərdə tez-tez gənclər evində görüş keçirdiyi zalda, Tərtərin və tərtərlilərin problemlərinin müzakirəsinə, debata dəvət edirəm. Bəlkə ağlı, məntiqi ilə məni inandıra biləcək ki, o daha məhsuldar millət vəkili olacaqdır?”

KONKRET.az-ın xəbərinə görə, bunu 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Qələndər Muxtarlı bildirib.

Qələndər Muxtarlı: “Siyasi fəaliyyətimdə müəyyən yanlışlıqlar olub” - ETİRAF

“Sübut etsin, hamının qarşısında söz verirəm ki, namizədliyimi onun xeyrinə geri götürərərək Anar Məmmədovun təbliğatçısı olacağam. Yox, bu baş verməyəcəksə, özündə cəsarət tap, bu dairədən namizədliyini çək, daha uyğun namizədlərə imkan tanı. Bir dəfə də millət, vətən üçün xeyirli bir iş görmüş olacaqsan. Bu Yeni Azərbaycan Partiyasına və iqtidara ən böyük yaxşılığın olardı”, – o qeyd edib.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*